Bakıda daha bir dairə ləğv edilir - Məşhur restoran sökülür

09:03 - 28 Mart 2025

Bakıda daha bir dairə ləğv edilir - Məşhur restoran sökülür

Bakının Həsən Əliyev və Əhməd Rəcəbli küçəsinin kəsişməsindəki dairə ləğv edilir.

 

Manset.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, dairənin yerində avtomobil tuneli inşa olunur.

Tikinti işləri Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsi – “Koroğlu” metrostansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində aparılır.

Bundan sonra ərazidə tunelin tikintisinə mane olan “Şəki” restoranı və ona bitişik digər tikililər söküləcək.

Daha ətraflı videomaterialda:


Xəbər xətti

31 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin