Zelenski ABŞ-a güvənib-güvənmədiyini açıqladı

22:25 - 27 Mart 2025

Zelenski ABŞ-a güvənib-güvənmədiyini açıqladı

Müharibə şəraitində olan Ukrayna ilə müqayisədə indi bütün dünya “çox ləng” yaşayır.

 

Manset.az Unian-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə ölkə liderləri ilə görüşündən sonra keçirdiyi mətbuat konfransında ABŞ-yə güvənib-güvənmədiyi və müttəfiqlərin çox ləng hərəkət etdiyini düşünüb-düşünmədiyi ilə bağlı sualı cavablandırarkən deyib.

“Bunlar məzəmmət deyil, sadəcə olaraq tamam başqa reallıqlardır. Təəssüf ki, bir həftəyə etmək istədiyimizi bir neçə aya edirik. Niyə biz Ukraynada çox şey etmək istəyirik? Çünki bütün bunlar çox uzun zaman alır. Hər gün raket zərbələrinə məruz qalırıq, hər gün itkilərimiz olur və bunlar bizim üçün böyük itkilərdir. “Fərqli sürətlə” yaşayan insanlara izah etmək çox çətindir. Məsələn, ABŞ-nin “ruslar üzrə” nümayəndəsi Uitkoff. O, bizimlə mücərrəd danışır, tamam başqa dünyadandır. Bizim üçün bu insanlar başqa planetdəndirlər. Biz isə müharibədəyik”, - Zelenski bildirib.

Prezident vurğulayıb ki, söhbət tərəfdaşlara inam və ya inamsızlıqdan deyil, praqmatik şeylərdən gedir.

Onun sözlərinə görə, Avropanın gələcəyi kağız üzərində deyil, təhlükəsizlik ittifaqları üzərində qurulmalıdır.


Xəbər xətti

31 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin