Göygöldə 41 yaşlı kişi bıçaqlandı

21:11 - 27 Mart 2025

Göygöldə 41 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qızılca kəndində qeydə alınıb.

1984-cü il təvəllüdlü N.Əsgərov diz nahiyyəsinin və qolununun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstəyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

İddialara görə, 41 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

31 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin