Ağacları kəsərək təbiətə 117 min manat ziyan vurdu

18:32 - 27 Mart 2025

Ağacları kəsərək təbiətə 117 min manat ziyan vurdu

Bakının Yasamal rayonu, Şərifzadə küçəsi, köhnə "Azon Zavod"un ərazisində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət qurumun əməkdaşları tərəfindən araşdırılıb.

 

Manset.az xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, araşdırma zamanı ağacların ərazidə tikinti işləri aparan "Avant Group" MTK tərəfindən kəsildiyi və təbiətə 117 060 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır.


Xəbər xətti

31 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin