“Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı” - Sənəd qəbulu başlanır

16:57 - 27 Mart 2025

“Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı” - Sənəd qəbulu başlanır

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı” çərçivəsində bakalavr və magistratura səviyyələri üzrə xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı aprelin 2-dən etibarən sənəd qəbuluna başlanılacaq.

 

Nazirlikdən Manset.az-a bildirilib ki, proqram çərçivəsində audiovizual musiqi, kino (o cümlədən animasiya), videoqrafiya və fotoqrafiya), dəb sənəti, dizayn, kuratorluq, memarlıq, tədbirlərin təşkili, mədəni və yaradıcı sahə üzrə menecment, nəşriyyatlarla işin təşkili, oyun sənayesi, teatr, komediya və performans, yaradıcı texnologiyalar sahələri əsas ixtisaslaşma istiqamətləri kimi müəyyən edilib.

Təqaüd proqramına müraciət etmək üçün qaydalar və şərtlər barədə məlumatları www.mystart.az saytından, Mədəniyyət Nazirliyinin digər rəsmi informasiya resurslarından və sosial şəbəkə hesablarından əldə etmək olar.


Xəbər xətti

30 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin