Yataqxanada YANĞIN - Sakinlər təxliyə edildi

16:06 - 27 Mart 2025

Yataqxanada YANĞIN - Sakinlər təxliyə edildi

Xaçmaz şəhərində ikimərtəbəli yataqxana binasında yanğın olub.


Manset.az FHN-ə istinadən xəbər verir ki, binanın 2-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 2 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Yataqxana binasının qalan hissəsi yanğından mühafizə olunub.


Xəbər xətti

30 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin