Yollarda görünüş məhdudlaşacaq - XƏBƏRDARLIQ
30 Mart 2025
15:17 - 27 Mart 2025
Cənubi Koreyanın cənub-şərqində baş verən meşə yanğını təxminən 17 min hektar ərazini külə çevirib.
Manset.az xəbər verir ki, yanğınlar nəticəsində ən azı 24 nəfər həyatını itirib.
Güclü külək nəticəsində yaranan meşə yanğınları ölkənin cənub bölgəsində 17 min hektar ərazini, 200-dən çox tikili və 1300 illik tarixi olan məbədi külə çevirib. Bu, çoxlu insanın ölümünə və 27 min yerli sakinin təxliyəsinə səbəb olub.
Yanğınsöndürmə işləri zamanı helikopter qəzaya uğrayıb, pilot həlak olub. Güclü külək ekipajların işini çətinləşdirib. Təxminən 5 min yanğınsöndürən, 130 helikopterlə birlikdə alovu nəzarət altına almaq üçün çalışır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin