Sudan ordusu 23 ay sonra paytaxtı ələ keçirdi

14:14 - 27 Mart 2025

Sudan ordusu 23 ay sonra paytaxtı ələ keçirdi

Sudan ordusu Çevik Dəstək Qüvvələri (RSF) ilə 23 aydan çox davam edən döyüşlərdən sonra paytaxt Xartumun əksər hissəsinə nəzarəti ələ keçirib.

 

Manset.az xəbər verir ki, təxminən iki il əvvəl Şərqi Afrika ölkəsi Sudanda ordu ilə RSF arasında hərbi islahat və inteqrasiya kimi məsələlərdə fikir ayrılığı səbəbindən başlayan qarşıdurma dünəndən etibarən yeni dövrə qədəm qoyub.

Sudanın Suverenlik Şurasının sədri Əbdülfəttah əl-Burhan dünən verdiyi açıqlamada şəhərin azad edildiyini qeyd edib.

Ölkədəki münaqişə səbəbindən təxminən 9 milyon insan məcburi köçkün vəziyyətinə düşüb, 3,5 milyon insan isə qonşu ölkələrə keçib.


Xəbər xətti

30 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin