Yollarda görünüş məhdudlaşacaq - XƏBƏRDARLIQ
30 Mart 2025
13:53 - 27 Mart 2025
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinə yeni müavin təyin edilib.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, sözügedən vəzifəyə Emil Hüseynli gətirilib.
O, martın əvvəlindən səlahiyyətlərinin icrasına başlayıb.
Qeyd edək ki, Emil Hüseynli 2018-2019-cu illərdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Kiçik və orta biznesin maraqlarının müdafiəsi departamentinin müdiri, 2019-2025-ci illərdə İdarə Heyəti sədrinin müşaviri vəzifələrində çalışıb.
Xatırladaq ki, bundan əvvəl Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının rəhbəri təyin edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin