Elçibəyin əkiz nəvələri oldu

13:50 - 27 Mart 2025

Elçibəyin əkiz nəvələri oldu

Azərbaycanın mərhum prezidenti Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, dünən Elçibəyin oğlu Ərturqut Əliyevin övladları doğulub.

Körpələrdən biri qız, digəri isə oğlandır.

Məlumatı saytımıza ailənin yaxını Çingiz Özgür təsdiq edib. O bildirib ki, əkizlər dünən Bakı Sağlamlıq Mərkəzində doğulub: “Vaxtından əvvəl doğulduqları üçün körpələr hazırda küvəzdə saxlanılır”.

Qeyd edək ki, Ərturqut Əliyev Elçibəyin qohumu və silahdaşı olmuş Mirhadi Yusiflinin qızı Aytək Yusifli ilə 2021-ci ildə ailə həyatı qurub.


Xəbər xətti

30 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin