14 terrorçu zərərsizləşdirildi

13:31 - 27 Mart 2025

14 terrorçu zərərsizləşdirildi

Türkiyə silahlı qüvvələri son bir həftədə 14 terrorçunu zərərsizləşdirib. 

 

Manset.az xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik ilin əvvəlindən isə 537 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

"Türkiyə Silahlı Qüvvələrimizin ölkəmizə qarşı terror təhlükəsini tamamilə və daimi olaraq aradan qaldırmaq iradəsi və əzmi var. Başda PKK/KCK-PYD/YPG, FETÖ və DEAŞ terror təşkilatları olmaqla, hər cür təhdid və təhlükəyə qarşı fasiləsiz və uğurla həyata keçirilən əməliyyatlarla son bir həftədə 14 terrorçu zərərsizləşdirilib. Beləliklə, yanvarın 1-dən Şimali İraq və Suriyada zərərsizləşdirilən terrorçuların sayı 537-yə çatıb".


Xəbər xətti

30 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin