NATO Litvada 4 ABŞ əsgərinin öldüyünü təsdiqlədi

12:31 - 27 Mart 2025

NATO Litvada 4 ABŞ əsgərinin öldüyünü təsdiqlədi

NATO-nun baş katibi Mark Rutte Litvada keçirilən təlimlər zamanı 4 ABŞ hərbçisinin öldüyünü açıqlayıb.

 

Manset.az xəbər verir ki, hadisə Pabrade yaxınlığındakı General Jukauskas poliqonunda baş verib.

"Hadisənin təfərrüatları haqqında hələ də çox az məlumatımız var. Bu, dəhşətli xəbərdir".

Bundan əvvəl su altında itkin düşən əsgərlərin yerləşdiyi M88 zirehli xilasetmə maşını aşkar edilmişdi. Litva və Amerika qüvvələrinin iştirak etdiyi axtarış-xilasetmə əməliyyatı davam edir.

Təlimlər NATO-nun alyansın şərq cinahında mövcudluğunu gücləndirməsi çərçivəsində keçirilib.


Xəbər xətti

30 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin