Bu ölkə müharibəyə hazırlaşır - KİV

11:17 - 27 Mart 2025

Bu ölkə müharibəyə hazırlaşır - KİV

Polşa hakimiyyəti silah almağa milyardlarla avro xərcləyir və ölkə əhalisini müharibəyə hazırlamağa başlayır.

 

Manset.az xəbər verir ki, bu barədə “Politico” yazır.

Məqalədə qeyd edilir ki, Polşa ÜDM-ə düşən müdafiə xərclərinə görə NATO ölkələri arasında liderə çevrilib. Hazırkı hədəf 2% olmaqla 4,7% səviyyəsinə çatıb. Ölkə Aİ-nin ən böyük ordusuna malikdir. Varşava qırıcı təyyarələr, raketlər, tanklar, artilleriya sistemləri almağa milyardlarla avro xərcləyir. “İndi cəbhəyanı dövlət öz əhalisini müharibəyə hazırlayır”, - nəşr yazır.

Martın əvvəlində Polşanın Baş naziri Donald Tusk elan edib ki, 2027-ci ildən ən azı 100.000 polyak hərbi təlim keçəcək və proqramın məqsədini "ehtiyat ordusu" yaratmaq adlandırmışdı.


Xəbər xətti

30 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin