12 günlük bayram tətili başa çatdı
1 Aprel 2025
22:35 - 26 Mart 2025
Avropa sülhməramlı qüvvələrini Ukraynaya göndərmək fikrini dəyişib və indi Kiyevi dəstəkləmək üçün alternativ variantlar axtarır.
Manset.az xəbər verir ki, bu barədə Reuters avropalı diplomatlara istinadən məlumat verib.
Məlumata görə adı açıqlanmayan diplomatlardan biri avropalıların indi qoşun göndərmək fikrindən yayındığını və daha mənalı ola biləcək bir şey tapmağa çalışdıqlarını deyib.
Digər bir mənbə isə bildirib ki, qoşunların göndərilməsi ideyası Ukrayna daha yaxşı vəziyyətdə olduğu zaman cəlbedici idi, lakin cəbhədəki mövcud vəziyyəti və Ağ Evə kimin rəhbərlik etdiyini nəzərə alsaq, sülhməramlı göndərmək ideyası artıq o qədər də cəlbedici deyil.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin