"Barselona" Ansu Fati ilə müqavilə müddətini uzada bilər

19:50 - 26 Mart 2025

İspaniyanın "Barselona" klubu Ansu Fati ilə müqavilənin müddətini uzada bilər.

 

Manset.az Diario Sport-a istinadən xəbər verir ki, klub hücumçu ilə 2030-cu ilə qədər yeni müqavilə imzalamaq istəyir.

Bu anlaşma onun maaşının daha uzun müddət ərzində verilməsinə imkan yaradacaq və bununla da yay transfer pəncərəsi ərəfəsində maliyyə feyr-pleyinə daha yaxşı riayət olunmasını təmin etmək üçün büdcəyə düşən yükü azaldacaq.

Futbolçunun Kataloniya təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq. 22 yaşlı vinger hazırkı şərtlərə əsasən 2025/2026 mövsümündə 12 milyon avro, 2026/2027 mövsümündə isə 14 milyon avro qazanmalıdır. Müqavilə müddəti uzadılacağı təqdirdə, illik məvacib 5,2 milyon avro təşkil edəcək.

Kataloniya klubu 2022-ci ildə eyni sxemdən istifadə edərək Samuel Umtiti ilə müqavilə müddətini 2026-cı ilə qədər uzadıb.

Qeyd edək ki, A.Fati bu mövsüm La Liqada 4 oyun keçirib. O, sonuncu dəfə yanvarın 4-də kubok matçında meydana çıxıb.


Xəbər xətti

1 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin