Somali Prezidenti İlham Əliyevi təbrik etdi

14:39 - 26 Mart 2025

Somali Prezidenti İlham Əliyevi təbrik etdi

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmuddan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

 

Manset.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Müqəddəs Ramazan bayramı münasibətilə Sizə, Azərbaycan Respublikasının hökumətinə və qardaş xalqına ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Ramazan bayramı mənəvi düşüncə, birlik və yenilənmə dövrüdür, dünyadakı müsəlmanları şəfqət, xeyirxahlıq və sülh ruhunda bir araya gətirir. Bu mübarək bayramın Azərbaycan xalqına və hökumətinə sevinc, rifah və davamlı harmoniya gətirməsini arzulayıram.

Somali Federativ Respublikası ölkələrimiz arasında olan dostluq və əməkdaşlıq əlaqələrinə önəm verir. Biz gələcək illərdə bu ikitərəfli əlaqələrin daha da gücləndiriləcəyinə ümidvarıq.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin. Sizə möhkəm cansağlığı və davamlı uğurlar arzulayıram".


Xəbər xətti

29 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin