Azərbaycanda bir adamı 2 məzarda "DƏFN ETDİLƏR" - VİDEO

13:10 - 26 Mart 2025

Azərbaycanda bir adamı 2 məzarda

Mingəçevirdə vəfat edən bir insana eyni qəbiristanlıqda iki fərqli yerdə başdaşının qoyulması görənləri təəccübləndirib.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Mingəçevir kənd qəbiristanlığında baş verib.

Qeyd olunub ki, qəbiristanlıqda dəfn olunan Cavad Yəhya oğlu Qurbanzadəyə həm ailəsi, həm də dostları tərəfindən fərqli yerlərdə başdaşı qoyulub.

"Dəfndə özüm də iştirak etmişəm. Cavad qardaşının yanında dəfn olunub və ailəsi adından ona başdaşı qoyulub. Sonra isə bir qədər aralıda Cavadın şəkli olan daha bir başdaşı qoyulub. Orada isə başdaşının dostları tərəfindən qoyulduğu yazılıb", - deyə hadisə şahidi bildirib.

Məsələyə münasibət öyrənmək üçün Mingəçevir Şəhər İcra Hakimiyyəti və bələdiyyə ilə əlaqə saxlamağa cəhd göstərsələr də, zənglərə cavab verən olmayıb.


Xəbər xətti

1 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin