ABŞ Ukraynaya yeni saziş təklif etdi

22:10 - 25 Mart 2025

ABŞ Ukraynaya yeni saziş təklif etdi

ABŞ Ukraynaya yeni, daha böyük mineral ehtiyatlar üzrə saziş təklif edib.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski jurnalistlərlə görüşündə bildirib.

“Yeni müqaviləyə gəlincə. Bu, böyük, tam sövdələşmədir, Amerika tərəfinin əvvəllər atılan addımlara baxışı budur. Çərçivə sazişi, yadınızdadır və çərçivə sazişindən sonra tam saziş hazırlanır. İndi Amerika tərəfi dərhal bizim tərəfə öz baxışları ilə bağlı böyük razılaşma təklif edib. Hələ heç bir təfərrüatım yoxdur, xahiş etdim ki, bunu araşdırsınlar, ratifikasiya üçün parlamentə göndərməzdən əvvəl baxarıq”, - o deyib.


Xəbər xətti

26 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin