Elman Paşayevin istintaqı başa çatdı - Dostundan 47 milyon alıbmış

15:47 - 25 Mart 2025

Elman Paşayevin istintaqı başa çatdı - Dostundan 47 milyon alıbmış

Rusiyada fəaliyyət göstərən azərbaycanlı keçmiş vəkil Elman Paşayevin dələduzluq ittihamı işi üzrə istintaq yekunlaşıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsindən bildirilib.

Qeyd olunub ki, Rusiya İstintaq Komitəsinin hərbi-istintaq orqanları keçmiş vəkil Elman Paşayevə qarşı cinayət işi üzrə istintaq hərəkətlərini başa çatdırıb. O, Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi, 30-cu maddəsinin 3-cü hissəsi, 159-cu maddəsinin 4-cü hissəsi ("Dələduzluq və xüsusilə dələduzluq cəhdi") ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə ittiham olunur.

İttihama görə, 2024-cü ilin yanvarında müttəhim dostu Aleksey Blinovskini böyük məbləğdə pul müqabilində onu və həyat yoldaşı Yelena Blinovskayanı cinayət məsuliyyətindən azad edə biləcəyinə inandırıb. Paşayev Blinovskidən 47 milyon rubldan artıq pul alıb.

Keçmiş vəkil 2023-cü ilin iyulundan 2024-cü ilin sentyabrına qədər oxşar üsulla Aleksey Zaxarova qarşı 15 milyon rubldan çox dələduzluq etməkdə də ittiham olunur.


Xəbər xətti

25 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin