Sürücülərin nəzərinə!
25 Mart 2025
15:19 - 25 Mart 2025
İran Ermənistan və Azərbaycan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir.
Manset.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə İran xarici işlər naziri (XİN) Abbas Əraqçi İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə brifinqdə bildirib.
"İran İslam Respublikası Ermənistan və Azərbaycanı tezliklə sülh müqaviləsi bağlamağa çağırır. Sülh və sabitliyə töhfə verməyə hazırıq", - o qeyd edib.
A.Əraqçi vurğulayıb ki, Cənubi Qafqaz regionunun bütün problemləri güc tətbiq etmədən, diplomatiya yolu ilə həll edilməlidir: "Bu, Tehranın sabit mövqeyidir".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin