Metroda bu düyməni sıxmayın! - Video

13:12 - 25 Mart 2025

Metroda bu düyməni sıxmayın!  - Video

Bakı metropoliteninin stansiyalarında 2025-ci ilin ilk 2 ayında sərnişinlər 534 dəfə eskalatorların dayanmasına səbəb olub.

 

Manset.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat veriib. 

Qurum dayanma halları ilə bağlı real görüntülərdən hazırlanmış videonu ictimaiyyətə təqdim edib.

"Sərnişinlərimizi bir daha eskalatorda olarkən daha diqqətli, məsuliyyətli və ehtiyatlı davranmağa çağırırıq! Əks halda özünüzün və digər sərnişinlərin həyatı üçün təhlükə yarada bilərsiniz",-deyə qurumun məlumatında qeyd olunur.

 


Xəbər xətti

25 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin