Moskva məhkəməsindən təyyarə qəzası ilə bağlı QƏRAR

09:58 - 25 Mart 2025

Moskva məhkəməsindən təyyarə qəzası ilə bağlı QƏRAR

Moskva məhkəməsi ötən ilin dekabrın 25-də qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı qərar verib. 

 

Manset.az xəbər verir ki, bu barədə "RIA Novosti" məhkəmə materiallarına istinadən məlumat yayıb. Yerli məhkəmə “Azərbaycan Hava Yolları”nın “Embraer 190” təyyarəsi ilə əlaqədar aparılan istintaq haqda sənədlərin müsadirəsinə icazə verib.

Sənədlər Rusiyanın cənubunda iki ünvandan götürüləcək.

Bununla bağlı vəsatət hələ ilin əvvəlində-yanvarda verilibmiş. Prokuror vəsatətə qiymət verərək onu təmin edib. 

Qeyd edək ki, qəza ilə əlaqədar yekun nəticələrin 2025-ci ilin dekabrında təqdim edilməsi gözlənilir. 

Xatırladaq ki, Bakıdan Qroznıya uçan təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində göyərtədə olan 62 sərnişindən yalnız 29 nəfəri sağ qala bilib. 


Xəbər xətti

25 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin