Şahrudin millidən kənarlaşdırıldı

09:46 - 25 Mart 2025

Şahrudin millidən kənarlaşdırıldı

Şahrudin Məhəmmədəliyev Azərbaycan millisinin heyətindən çıxarılıb.

 

Manset.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, buna qapıçının zədələnməsi səbəb olub.

Onun əvəzinə “Səbail”in üzvü Əlirza Müştəbazadə milliyə dəvət alıb.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi komanda bu gün Belarus yığması ilə yoldaşlıq görüşü keçirəcək. “Bank Respublika Arena”da təşkil olunacaq oyun saat 21:45-də başlayacaq.


Xəbər xətti

25 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin