Azərbaycan millisi bu gün Belarusla üz-üzə gələcək

09:16 - 25 Mart 2025

Azərbaycan millisi bu gün Belarusla üz-üzə gələcək

Bu gün milli komandamız növbəti yoxlama oyununu keçirəcək. 

 

Manset.az xəbər verir ki, Fernandu Santuşun çalışdırdığı kollektiv Bakıda Belarusla üz-üzə gələcək. 

Bu, Azərbaycan millisinin 2025-ci ildə ikinci yoxlama görüşü olacaq. Martın 22-də Sumqayıtda Haiti ilə üz-üzə gələn yığmamız rəqibinə 0:3 hesabı ilə uduzub. 

Belarus isə sonuncu yoldaşlıq görüşünü martın 21-də səfərdə Tacikistana qarşı keçirib və 5:0 hesablı qələbə qazanıb. 

Milli komandamız bu gün ilk dəfə “Bank Respublika Arena”da meydana çıxacaq. 

Yoxlama oyunu

25 mart

21:45. Azərbaycan - Belarus

Hakimlər: Aleko Aptsiauri, Davit Axvlediani, Davit Qabisonia (Gürcüstan)

Dördüncü hakim: Tural Qurbanov (Azərbayan)

“Bank Respublika Arena”.


Xəbər xətti

25 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin