Kartofun bahalaşmasının səbəbi məlum oldu

08:45 - 25 Mart 2025

Kartofun bahalaşmasının səbəbi məlum oldu

Azərbaycanda kartofun qiyməti kəskin artıb.

 

Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, son bir neçə gündə kartofun bazar qiyməti 1-1.20 manatdan 1.50 qəpiyə yüksəlib.

Bəzi tərəvəz mağazalarında kartofun olmamasına da rast gəlinir.

Ehtimal edilir ki, bazarlarda kartof qıtlığının səbəbi son vaxtlar havaların qeyri-sabit keçməsi ilə əlaqədardır.

İddia olunur ki, ölkəmizdə sözügedən məhsulun saxlama məntəqələrinin kifayət qədər olmaması səbəbindən tonlarla kartof don vurmadan məhv olub.

İrandan da Azərbaycana kartofun ixracı dayandığı deyilir.

Ehtimal edilir ki, qarşıdakı günlərdə ölkədə kartofa olan təlabatı təmin etmək üçün Paksitandan idxal ediləcək.


Xəbər xətti

25 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin