Sürücülərin nəzərinə!
25 Mart 2025
23:15 - 24 Mart 2025
Ukrayna Prezidenti Volodimir Zelenski bu yaxınlarda ABŞ Vitse-prezidenti Ceyms Devid Vensə Kiyevə səfər təklifini təkrar etsə də, dəvətə cavab almayıb.
Manset.az xəbər verir ki, Zelenskinin "Time" jurnalına verdiyi müsahibədən məlum olub ki, bu yaxınlarda keçirilən telefon danışıqlarından birində o, Vensə silahlı münaqişə dövründə Ukraynaya səfər etməmək qərarını yenidən nəzərdən keçirməyi təklif edib.
"Biz hələ də sizi gözləyirik", - deyə Zelenski bildirsə də, vitse-prezidentdən cavab almayıb.
Xatırladaq ki, Ağ Evin Oval Kabinetində Vens və ABŞ Prezidenti Donald Trampla keçirilən mübahisəli görüşdə Zelenski artıq vitse-prezidenti Ukraynaya səfər etməyə və ölkədə baş verənləri öz gözləri ilə görməyə dəvət etmişdi.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin