34 yaşlı kişi güllələnərək öldürüldü

22:36 - 24 Mart 2025

34 yaşlı kişi güllələnərək öldürüldü

Şamaxı rayonunda 34 yaşlı Orxan Hacıyev güllələnərək öldürülüb. 

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 21 radələrində qeydə alınıb.

27 yaşlı Amil Surxayev şəxsi münasibətlər zəminində O.Hacıyevə ov tüfəngi ilə xəsarət yetirib. 

A.Surxayev polis əməkdaşları tərəfindən saxlanılıb və ondan cinayətdə istifadə etdiyi tüfəng götürülüb.

O.Hacıyev isə xəstəxanaya aparılarkən ölüb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

25 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin