Sürücülərin nəzərinə!
25 Mart 2025
19:40 - 24 Mart 2025
"TikTok” fenomeni Ləman Vəliyeva keçmiş baldızının şikayəti əsasında cəzalandırılıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Ləman Turə Nuriyevanın şikayəti ilə məhkəmə qarşısına çıxarılıb.
Şikayətçi keçmiş gəlinlərinin onu 10 minlərlə izləyici qarşısında təhqir etdiyi videoqeydləri məhkəməyə təqdim edib. Hakim sübutlarla tanış olduqdan sonra işi icraata qəbul edib, nəticədə Ləman Vəliyeva təqsirləndirilən şəxs qismində tanınıb.
Turə Nuriyeva ifadəsində deyib ki, Ləman canlı yayımda ona və ailə üzvlərinə qarşı nalayiq ifadələr işlədib. Bu isə ona ağır psixoloji sarsıntılar yaşadıb və hətta intihara cəhd etməsinə səbəb olub: “Ləmanın təhqirləri və həqiqətə uyğun olmayan ifadələri məni intihara sürüklədi. Boğazıma ip salıb özümü öldürmək istədim. Evdəkilər məni son anda xilas etdilər. İki gün reanimasiyada qaldım. Hazırda bu faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır”.
Keçmiş baldızı məhkəmədən Ləmanın qanunun icazə verdiyi müddətə azadlıqdan məhrum edilməsini xahiş edib.
Ləman özü isə məhkəmədə ittihamları qismən qəbul edib. O, baldızı və qayınanasına qarşı nalayiq ifadələr işlətdiyini etiraf edərək bunun keçmiş ailəsinə olan kinindən qaynaqlandığını deyib. O, himayəsində azyaşlı övladının olduğunu əsas gətirərək barəsində yüngül cəza təyin edilməsini istəyib.
Hakim şahidləri dinlədikdən və təqdim olunan videogörüntüləri izlədikdən sonra hökmü elan edib.
Hökmə əsasən, Ləman Vəliyeva Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinib. Lakin ona həbs deyil, 480 saat ictimai işlər cəzası verilib. Əlavə olaraq onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsi gəzdirmək öhdəliyi də qoyulub.
Məlumat üçün deyək ki, ictimai işlər cəzasına küçə və parkların süpürülməsi, yaşayış yerlərində toplanmış məişət tullantılarının yığılması kimi işlər daxildir.
Xatırladaq ki, L. Vəliyeva bundan əvvəl də paylaşımlarındakı qeyri-etik sözlərdən və söyüşlərə görə saxlanılmışdı.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin