Avstriyada Rusiya casusu saxlanıldı

19:00 - 24 Mart 2025

Avstriyada Rusiya casusu saxlanıldı

Avstriyanın Dövlət Təhlükəsizliyi və Kəşfiyyat İdarəsi (DSN) Rusiyaya casusluqda ittiham olunan Bolqarıstan vətəndaşının saxlanıldığını bildirib.

 

Manset.az xəbər verir ki, bu barədə DSN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qadın Avstriya ərazisində Rusiya üçün casusluq edib və Moskvanın nəzarəti altında dezinformasiyanın yayılması üzrə əməliyyatlar həyata keçirib.

Saxlanılan şəxsin adı açıqlanmır.

Qeyd edilib ki, DSN əməkdaşları əməliyyat zamanı ötən ilin dekabrında şübhəli şəxsin mənzilində axtarış aparıb, məlumat saxlama cihazlarını müsadirə ediblər. Bu məlumatların təhlili Rusiya xüsusi xidmət orqanları üçün işləyən bir hücrənin mövcudluğunu göstərib.

İdarənin məlumatına görə, hücrə 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlamasından bir neçə həftə sonra fəaliyyətə başlayıb. Avstriya xüsusi xidmət orqanları onun məqsədini almandilli ölkələrdə, xüsusilə Avstriyada geniş miqyaslı dezinformasiya kampaniyası, Ukraynanın nüfuzdan salınması, Rusiyapərəst əhvali-ruhiyyənin yayılması kimi qeyd edirlər.

DSN-in versiyasına görə, saxlanılan Bolqarıstan vətəndaşı kuratorlardan materiallar alıb, onları Avstriya və Almaniyada yayıb. Görülən işlər haqqında hesabatları Rusiya və Böyük Britaniyaya göndərib.


Xəbər xətti

25 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin