Bu ölkədə benzinin qiymətinin artacağı gözlənilir

18:15 - 24 Mart 2025

Bu ölkədə benzinin qiymətinin artacağı gözlənilir

Türkiyədə benzin qiymətlərinin artacağı proqnozlaşdırılır.

 

Manset.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin “CNBC-E” telekanalı yayıb. 

Bildirilib ki, bu gün gecə yarısından etibarən benzinin bir litrinin qiymətinin 1,51 lirə (təqribən 0,07 AZN) artacağı gözlənilir.

Dizelin qiymətində isə artım gözlənilmir. 

Qeyd olunub ki, hazırda İstanbulda benzin 45,08 - 45,23 lirə (təqribən 2,09 AZN), Ankarada 45,78 lirə (təqribən 2,12 AZN), İzmirdə isə 46,15 lirəyə (2,14 AZN) satılır.

 

 


Xəbər xətti

25 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin