Sürücülərin nəzərinə!
25 Mart 2025
17:00 - 24 Mart 2025
Heyətdə dəyişikliklər olacaq.
Manset.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Belarus yığmasına qarşı keçirəcəkləri yoxlama görüşündən əvvəl mətbuat konfransında deyib.
70 yaşlı mütəxəssis sabahkı matçda dəyişikliklər olacağını istisna etməyib:
"Səbuhi də sabah oynaya biləcək futbolçular arasındadır. Əlbəttə heyətdə dəyişikliklər olacaq. Bəzi futbolçulara istirahət verəcəyik. Müdafiədə daha inamlı çıxış etməliyik. Qol da vurmaq vacibdir. Çalışacağıq sabah topa sahib olan tərəf biz olaq. Qələbəyə inanmalıyıq. Qol imkanlarından yararlanmalıyıq".
O, futbolçuların daha inamlı oynanamlı olduqlarını vurğulayıb:
"Futbolçular sabah daha inamlı oynamalıdır. Yeniliklər gətirməliyik. Ötən oyundan sonra demişdim ki komplektləşdirmə çatmadı. Qapımızda qol görəndən sonra həvəsdən düşdülər. Bu mental olan bir şeydir"
Baş məşqçi sabah qapıda dəyişikliyi olub-olmayacağı ilə bağlı sualı cavablandırıb:
"Deyə bilmərəm Şahruddin sabah qapıda dayanacaq ya yox. Bu barədə məşqdən sonra qərar verəcəyik".
F.Santuş futbolçuların dəstək görməsinin vacibliyini qeyd edib:
"Cəmi 6 oyundur millinin baş məşqçisiyəm. Komada ilə hər dəfə danışıram. Futbolçulardan da çox şeylər asılıdır. Bu problemləri hamımız birlikdə çözməliyik. Nə qədər eyni istiqamətdə addımlayacağıqsa, uğur qazanacağıq. Oyunçular mediadan, azarkeşlərdən dəstək görməlidir. Bu olmayanda futbolçu çəkinir".
Məşqçi hücumda problemlər olduğunu söyləyib:
"Azərbaycan millisi müdafiə baxımından çox zəifdir. Komanda kolllektiv şəkildə çox asan qollar buraxır. Yüksək səviyyədə çıxış etmək istəyiriksə buna yol verilməməlidir. Hazırda aqressivlik çatmır. Bura gəldiyim gündən eyni sözləri təkrarlayıram. Müdafiə təkcə komanda şəklində qapı qarşısına toplaşamaq anlamına gəlmir. Hücumda bəzi şeyləri yaxşı edə bilirik. İnanın ki bu epizodları qola çevirsək, daha yaxşı durumda olarıq. Problemlərdən biri odur ki hücumları sonladıra bilməməyimizdir. Məşqlərimizin birini də məhz buna həsr etmişik".
Qeyd edək ki, martın 25-də Masazırda “Bank Respublika Arena”da baş tutacaq Azərbaycan – Belarus matçının start fiti saat 21:45-də səsləndiriləcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin