Sürücülərin nəzərinə!
25 Mart 2025
15:00 - 24 Mart 2025
2024-cü ildə fiziki şəxslər tərəfindən Azərbaycandan xaricə toplamda 526 milyon 759 min dollar köçürülüb.
Manset.az Valyuta.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat əldə edilib.
Məlumata əsasən, sözügedən dövrdə fiziki şəxslər tərəfindən ən çox pul köçürülən ölkə Türkiyə olub. 1 il ərzində Türkiyəyə 151 milyon 837 min dollar köçürülüb.
İlk üçlüyü isə Amerika Birləşmiş Ştatları və Rusiya Federasiyası tamamlayıb. Belə ki, Birləşmiş Ştatlara yanvar-dekabr aralığında fiziki şəxslər 60 milyon 425 min dollar, Rusiyaya isə 57 milyon 988 min dollar vəsait köçürüb.
2023-cü illə müqayisədə fiziki şəxslər tərəfindən Rusiyaya köçürülən pul vəsaitlərində azalma qeydə alınsa da Türkiyə və ABŞ-yə göndərilən məbləğdə artım müşahidə olunub. Sözü gedən dövrdə Rusiyaya 74 milyon 184 min dollar, Türkiyə və ABŞ-yə isə müvafiq olaraq 146 milyon 140 min dollar və 54 milyon 801 min dollar köçürülüb.
Toplamda isə 2023-cü ildə 550 milyon 126 min dollar pul köçürülüb. Bu isə 2024-cü illə müqayisədə 4.44 % daha çoxdu.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin