Sürücülərin nəzərinə!
25 Mart 2025
14:50 - 24 Mart 2025
Türkiyənin xarici işlər naziri Hakan Fidan martın 25-26-da Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edəcək.
Manset.az xəbər verir ki, bu barədə Ankara bürosuna Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat Xidmətindən verilən məlumatda bildirilib.
Qeyd olunub ki, H.Fidanın ABŞ Dövlət katibi Marko Rubio və digər rəsmilərlə görüşü planlaşdırılır.
Səfər çərçivəsində iki ölkə arasında əlaqələr, eləcə də Türkiyə Prezidentinin ABŞ-yə səfəri ilə bağlı müzakirələr aparılacaq.
Bundan əlavə, Ukrayna və Fələstindəki vəziyyət, eləcə də Suriyadakı hadisələr başda olmaqla, iki ölkəni maraqlandıran regional inkişaflar və bu kontekstdəki əməkdaşlıq imkanları qiymətləndiriləcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin