Sürücülərin nəzərinə!
25 Mart 2025
12:17 - 24 Mart 2025
Dövlətə məxsus "Azərizolit" MMC-nin direktoru Şaiq İsmayılov vəzifəsindən azad edilib.
Manset.az Report.az-a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Yeganə Nuruyevaya həvalə olunub.
O, bundan əvvəl də - 2024-cü ilin fevral ayına qədər "Azərizolit"ə rəhbərlik edib.
Nizamnamə kapitalı 10 milyon manata yaxın olan "Azərizolit" 2023-cü ilin avqust ayına qədər "ASK İzolit" adı ilə fəaliyyət göstərib. “ASK İzolit” 2018-ci ildə Mingəçevir şəhərində yerləşən “Azərelektroizolit” zavodunun bazasında yaradılıb. Müəssisə elektroizolyasiya materialları istehsal edir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin