Azad Qasımov yenidən direktor təyin edildi

10:02 - 24 Mart 2025

Azad Qasımov yenidən direktor təyin edildi

"Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus "ADY Ekspress" MMC-nin direktoru Əkbər Mədətli vəzifəsindən azad edilib.

 

Manset.az xəbər verir ki, şirkətə rəhbərlik Azad Qasımova həvalə olunub.

O, bundan əvvəl də - 2022-ci ilin noyabr ayına qədər "ADY Ekspress"ə rəhbərlik edib.

Xatırladaq ki, "ADY Ekspress" 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6 912 464 manatdır. Şirkət dəmir yolu ilə yükdaşımaların artırılması, xüsusilə də tranzit yüklərin cəlb olunması üçün ekspeditor və iri həcimli yük sahiblərinə onlayn xidmətlər təklif edir.


Xəbər xətti

26 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin