Sabah Bakıda bu küçə bağlanacaq
26 Mart 2025
09:48 - 24 Mart 2025
ABŞ-ın Florida ştatında maraqlı oğurluq hadisəsi baş verib.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, Orlando polisi fevralın 26-da məşhur zərgərlik mağazasında baş verən oğurluq hadisəsi ilə bağlı “X” hesabında açıqlama verib.
Belə ki, yazıda məşhur zərgərlik mağazasında baş verən oğurluqla bağlı başladılan istintaqla bağlı açıqlama verilib.
Açıqlamada bildirilir ki, oğru Ceytan Gilder mağazaya girib xüsusi kolleksiya zinət əşyalarını görmək üçün özünü NBA basketbolçusunun köməkçisi kimi göstərib.
Daha sonra kolleksiyadakı 769 min dollarlıq zinət əşyasını udaraq mağazadan qaçıb.
Oğru polis tərəfindən saxlanılıb və bədənindən çıxarılan sırğalar da mağazaya qaytarılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin