Roma Papasından Bakı-İrəvan razılaşmasına reaksiya

20:35 - 23 Mart 2025

Roma Papasından Bakı-İrəvan razılaşmasına reaksiya

Roma Papası Fransisk Azərbaycan və Ermənistanın sülh sazişinin yekun mətni üzrə razılığa gəlməsini alqışlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti məlumat yayıb.

"Ermənistan və Azərbaycanın sülh sazişinin yekun mətni üzrə razılaşmasından məmnunam. Bu sazişin mümkün qədər tez imzalanacağına və beləliklə, Cənubi Qafqazda davamlı sülhün bərqərar olunmasına töhfə verəcəyinə ümid edirəm”, – o qeyd edib.

Azərbaycan və Ermənistan sülh sazişi layihəsinin mətni ilə bağlı danışıqlar prosesini yekunlaşdırıb. 

ATƏT-in köhnəlmiş və qeyri-funksioonal Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyi vurğulanıb

Rəsmi Bakı sazişin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişməsinin labüd olduğunu bildirib.


Xəbər xətti

26 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin