İstanbul bu dəqiqələrdə...
25 Mart 2025
14:10 - 23 Mart 2025
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini dayandıra biləcəyini deyib.
Manset.az Report.az-a istinadən xəbər verir ki, Tramp bu barədə “Outkick” portalının jurnalisti Kley Trevisə müsahibəsində bildirib.
“Dünyada məndən başqa Putini dayandıra biləcək kiminsə olduğunu düşünmürəm. Mən onu dayandıra bilərəm. Biz çox rasional müzakirə apardıq. Mən insan ölümlərinin dayandırılmasını istəyirəm”, - o, əlavə edib.
Tramp həmçinin, Rusiyanın davamlı qlobal demonizasiyasına baxmayaraq, Moskva ilə Vaşinqton arasında heç bir böyük münaqişənin baş verməməsindən təəccübləndiyini bildirib:
“2008-ci ildə Rusiya-Gürcüstan münaqişəsi zamanı ABŞ-yə Corc Buş, 2014-cü ildə Krımın ilhaqı zamanı Barak Obama rəhbərlik edib. Mən Putini çox yaxşı tanıyıram. Prezidentliyimin ilk dövründə o, heç bir yerə hücum etməyib”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin