Bayram günlərində paytaxta turist axını var

13:21 - 23 Mart 2025

Bayram günlərində paytaxta turist axını var

"Bakı bizi çox təəccübləndirdi, düzünü desəm buranın bu qədər gözəl olacağını düşünmürdüm".


Manset.az xəbər verir ki, bu sözləri bayram günlərində Bakıya gələn turistlərdən biri deyib.

O, Bakı haqqında çox eşitdiyini lakin buraya ilk dəfə gəldiyini deyib.

Bayram günlərində Bakıya turist axını müşahidə edilir. Dünyanın müxtəlif ölkələrindən gələn qonaqlar Azərbaycanı gəzməklə yanaşı tarixi və mədəniyyəti ilə də maraqlanırlar.

Qeyd edək ki, son beş ildə Azərbaycana ən böyük turist axını 2024-cü ildə qeydə alınıb. Və bu artım da əsasən Novruz bayramı günlərinə təsadüf edib.

Daha ətraflı ATV-nin süjetində:


Xəbər xətti

25 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin