SON DƏQİQƏ: Məhkəmə İmamoğlu ilə bağlı qərar verdi -YENİLƏNİB

11:45 - 23 Mart 2025

SON DƏQİQƏ: Məhkəmə İmamoğlu ilə bağlı qərar verdi -YENİLƏNİB

Məhkəmə Əkrəm İmamoğlunun ittiham olunduğu ikinci iş- terrorla bağlı istintaq üzrə onun şərti olaraq sərbəst buraxılması barədə qərar qəbul edib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyə sədrinin korrupsiya istintaqı üzrə məhkəmə qərarı ilə həbs edilməsi isə qüvvədə qalır.

Buna görə də İmamoğlu həbsdə qalır və hazırda Silivri həbsxanasına aparılması gözlənilir.

 

***

11:16

 

İstanbul Böyük Şəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu İBB- qarşı aparılan korrupsiya istintaqı çərçivəsində həbs edilib.

 

Manset.az xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb.


Xəbər xətti

25 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin