Roma Papası xəstəxanadan evə buraxılacaq

09:04 - 23 Mart 2025

Roma Papası xəstəxanadan evə buraxılacaq

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk martın 23-də xəstəxanadan evə buraxılacaq.

 

Manset.az xəbər verir ki, bunu Romadakı “Gemelli” xəstəxanasının həkimləri açıqlayıblar.

Həkimlər Serxio Alfieri və Luici Karbone artıq 38 gündür ki xəstəxanada müalicə olunan pontifikin son iki həftədir vəziyyətinin sabit qalmaqda davam etdiyini bildiriblər. Roma Papasında pnevmoniyanın aradan qalxdığı, digər infeksiyalar azaldığı qeyd olunub.


Xəbər xətti

24 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin