Ucarda ev tamamilə yandı

19:53 - 22 Mart 2025

Ucarda ev tamamilə yandı

Ucarda ev yanıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Lək kəndində qeydə alınıb.

Kənd sakini Zaur Məhərrəm oğlu Cəbrayılova məxsus ümumi sahəsi 200 m² olan 4 otaqlı evdə güclü yanğın baş verib.

Yanğın zamanı ev əşyaları ilə birlikdə tamamıilə yanıb. Hadisə yerinə FHN-nin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Fakt araşdırılır.


Xəbər xətti

23 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin