Bu yollarda diqqətli olun - Sürücülərin nəzərinə
23 Mart 2025
17:25 - 22 Mart 2025
Çin diplomatları Avropa İttifaqının (Aİ) Ukraynaya göndərilməsi planlaşdırılan sülhməramlı qüvvələrə qoşulmaq imkanını nəzərdən keçirir.
Manset.az xəbər verir ki, bu barədə "WELT" məsələ ilə tanış olan Aİ diplomatik dairələrinə istinadən məlumat yayıb.
Məlumata əsasən, Çin tərəfinin bu təşəbbüsü Rusiyanın sülh prosesinə yaxınlaşmasını hədəfləyir. Aİ diplomatları da eyni məqama diqqət yetirirlər.
Çinli diplomatlar Aİ-nin bu məsələ ilə bağlı mövqeyini öyrənməyə çalışır və ittifaqın belə bir təşəbbüsü qəbul edib-etməyəcəyini, yaxud bunun xüsusi olaraq arzuolunan olub-olmadığını nəzərdən keçirir.
“Çinin sülhməramlı qüvvələrə daxil olması Rusiyanın Ukraynada sülhməramlı qoşunları qəbul etməsini potensial olaraq artıra bilər. Hər halda məsələ “incədir” – çünki Çin Rusiyanın yaxın müttəfiqidir”, - Brüsseldəki diplomatik dairələr bildiriblər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin