SON DƏQİQƏ: Məhkəmə İmamoğlu ilə bağlı qərar verdi -YENİLƏNİB
23 Mart 2025
16:10 - 22 Mart 2025
Bakıda oğurluq edən şəxslərə qarşı əməliyyatlar keçirilib.
Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, paytaxtın Binəqədi və Səbail rayonlarında marketlərdən silsilə oğurluqların edilməsi barədə polisə məlumat daxil olub. Həyata keçirilən tədbirlərlə əməli törədən 31 yaşlı N.Mulakin və bir qadın müəyyən olunaraq saxlanılıblar.
Binəqədi rayonu ərazisində daha bir oğurluq hadisəsi isə Ə.Naxçıvanski küçəsində qeydə alınıb. Bir nəfərin içərisində sənədlər və bank kartları olan çantasını oğurlayan 23 yaşlı daha bir qadın tutulub.
Faktlarla bağlı araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin