Yeni hökuməti Bəşər Əsədi Rusiyadan İSTƏDİ

16:05 - 22 Mart 2025

Yeni hökuməti Bəşər Əsədi Rusiyadan İSTƏDİ

Suriyanın yeni hakimiyyət orqanları rəsmi olaraq Rusiyadan ölkənin keçmiş prezidenti Bəşər Əsədin mühakimə olunmaq üçün ekstradisiyasını istəyib.

 

Manset.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin hələlik Suriyanın yeni lideri ilə şəxsi təmasları planlaşdırmır.

2024-cü il dekabrın 8-də silahlı müxalifət - “Heyət Təhrir əl-Şam” qruplaşması paytaxt Dəməşqə daxil olub. Suriyanın keçmiş prezidenti Bəşər Əsəd dövlət başçısı vəzifəsindən istefa verib və ölkəni tərk edərək Rusiyaya qaçıb.

Suriyaya hazırda keçid hökumətinin başçısı Əhməd əl-Şaraa rəhbərlik edir.


Xəbər xətti

23 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin