Zelenski Donetskə getdi

14:29 - 22 Mart 2025

Zelenski Donetskə getdi

Ukrayna Prezidenti Volodimir Zelenski Donetsk vilayətinə gedib.

 

Manset.az xəbər verir ki, o, bu barədə özünün “Telegram” kanalında bildirib.

Ukrayna dövlət başçısı Donetskə səfəri ilə bağlı video da paylaşıb.

Volodimir Zelenski “Pokrovsk” nəzarət məntəqəsində olub.

Ukrayna lideri burada komandir heyəti ilə görüşüb, eləcə də sözügedən istiqamətdə müdafiənin təşkili ilə bağlı məruzəni dinləyib.


Xəbər xətti

23 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin