Kəllə-beyin zədəsi aldı - Millidən ayrıldı

13:30 - 22 Mart 2025

Kəllə-beyin zədəsi aldı - Millidən ayrıldı

Braziliya millisinin qapıçısı Alisson Bekker komandanın düşərgəsini tərk edib.

 

Manset.az Qol.az-a istinadən xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsində Kolumbiya ilə oyunda (2:1) xəsarət alıb.

Rəqib futbolçusu Davinson Sançeslə toqquşan qapıçı kəllə-beyin travması alıb. Matçı davam etdirə bilməyən qolkoperin beyin silkələnməsi şübhəsi də var.

Bekker “Liverpul”un düşərgəsinə qayıdacaq və İngiltərədə müayinələrdən keçəcək. O, Braziliyanın seçmə mərhələnin martın 26-da Argentinaya qarşı keçiriləcək oyununu buraxacaq. 


Xəbər xətti

23 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin