Faktiki hava AÇIQLANDI
22 Mart 2025
10:03 - 22 Mart 2025
Bu gün saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisinin əksər bölgələrində yağıntılı hava şəraiti davam edir.
Manset.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Belə ki, düşən yağıntının miqdarı Astarada 31, Lənkəranda 29, Şəkidə 7, Oğuzda 6, Lerik və Qəbələdə 5, Cəlilabadda 4, Balakəndə 3, Göygöl, İmişli, Biləsuvar, Kürdəmir, Zərdab və Göyçayda 2, Zaqatala, Sabirabad, Cəfərxan, Neftçala, Beyləqan, Tərtər, Naftalan, Mingəçevir, Yevlax, Qobustan, Quba, Qusar, Xaltan, Sədərək, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Ağdamda eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dir.
Dağlıq ərazilərə isə qar yağır, yağan qarın qalınlığı Şahdağ və Qrızda 1 sm təşkil edir.
Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Şəki, Qobustan, Göyçay, Şamaxı, Qusar, Qrız, Cəfərxan və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, o cümlədən Naxçıvan MR-da 6, Aran rayonlarında 7 dərəcəyədək isti, dağlıq rayonlarda 6 dərəcəyədək şaxta qeydə alınıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin