"Çinlə müharibəyə hazırıq" - Trampdan ŞOK AÇIQLAMA

08:00 - 22 Mart 2025

ABŞ Prezidenti Donald Tramp Çinlə müharibə ehtimalını dəyərləndirib.
 

Manset.az xəbər verir ki, o, Vaşinqtonun Pekinlə hərbi qarşıdurma arzusunda olmadığını vurğulasa da, ABŞ ordusunun belə bir münaqişəyə tam hazır olduğunu bəyan edib.

Tramp mövzu ilə bağlı çıxışında bildirib:

"Biz Çinlə müharibə etmək niyyətində deyilik. Ancaq əmin ola bilərsiniz ki, əgər belə bir vəziyyət yaranarsa, ABŞ ordusu buna tam hazırdır və müasir hərbi texnologiya ilə ən yüksək səviyyədə təchiz olunub."

Qeyd edək ki, son illər ABŞ və Çin arasında geosiyasi gərginlik artmaqda davam edir. İki ölkə arasında iqtisadi, texnoloji və hərbi sahələrdəki rəqabət dünya siyasətində əsas mövzulardan biri olaraq qalır.


Xəbər xətti

22 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin