Bayram günü spirtli içkidən zəhərlənib öldü

22:52 - 21 Mart 2025

Bayram günü spirtli içkidən zəhərlənib öldü

Beyləqanda spirtli içkidən zəhərlənən şəxs ölüb.
 

Bu barədə Manset.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

“Martın 20-də saat 15:00-da zəhərlənmə şübhəsi ilə 1967-ci il təvəllüdlü (kişi cinsli) şəxs Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona dəqiqləşdirilməmiş spirtin toksik təsiri diaqnozu təyin edilib və reanimasiya tədbirləri görülüb.

Həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 16:20-də ölüm faktı qeydə alınıb”, - məlumatda qeyd olunub.

 


Xəbər xətti

22 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin